“Dağlıq Qarabağ münaqişəsi çox incə və həssas məsələdir”
Tarix: 29.03.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Rusiya və Ermənistan prezidentlərinin görüşündə Qarabağ məsələsi də müzakirə olunacaq.
Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski bildirib.
Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası ilə birgə İrəvanda keçirilən toplantıda çıxış edən L.Slutski bildirib ki, Dağlıq Qarabağ münaqişəsi çox incə və həssas məsələdir: “Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam edir. Bundan başqa, prezidentlər səviyyəsində üçtərəfli formatda keçirilən danışıqlar da var”.
L.Slutski Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2014-cü ilin avqustunda Soçidə keçirilən görüşündə münaqişənin nizamlama məsələlərinin dərindən müzakirə olunduğunu vurğulayıb: “Əminəm ki, aprelin 24-də Vladimir Putinin Serj Sarkisyanla İrəvanda keçirdiyi görüşdə də belə olacaq”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də qondarma erməni soyqırımının 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Paşinyanı qorxudan məqam…
02.06.2020
Daşkənddə Maqsud Şeyxzadənin anadan olmasının 112 illiyi ilə bağlı videokonfrans keçirilib
02.06.2020
Jitomirdəki soydaşlarımız xeyriyyə aksiyası keçirib
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
01.06.2020
Azərbaycan beynəlxalq elmi-nəzəri onlayn videokonfransda təmsil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info