Aprelin 1-dək bəzi vergilər üzrə bəyannamələr vergi orqanlarına təqdim edilməlidir
Tarix: 29.03.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Mart ayının 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2014-cü ilin yekunlarına görə, gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər isə mənfəət vergisinin bəyannaməsini bu ilin mart ayının 31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini, Azərbaycan ərazisində 2014-cü ilin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Vergilər Nazirliyi bildirir ki, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i miqdarında faiz tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info