“Gənclər Debat Forumu: Olimpiya Kuboku“nun yekun mərhələsi başa çatıb
Tarix: 29.03.2015 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsinin yekun mərhələsi baş tutub.
Tədbir zamanı “Gənclər Debat Forumu: Olimpiya Kuboku”nun Bakı, Gəncə, Şəki şəhərlərində həyata keçirilən mərhələləri nəticəsində seçilmiş gənc natiqlər yekun debat raundlarında iştirak ediblər. Həyata keçirilən debat raundlarının nəticəsində Bakı şəhərinin komandası Forumun qalibi və bu şəhəri təmsil edən Cavid Abdullayev Forumun ən yaxşı natiqi adına sahib olub.
“Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsinin məqsədi “Bakı 2015” Avropa Oyunları ərəfəsində mövzu ilə əlaqədar gənclər arasında təbliğatın aparılması, gənclərin Avropa Oyunları mövzusunda biliklərinin artırılması olub. Forum çərçivəsində həyata keçirilən debatlarda gənclər Avropa Oyunlarının Azərbaycan iqtisadiyyatına verdiyi faydaları müzakirə ediblər.
DVC-nin sədri Seymur Hüseynov qeyd edib ki, “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı cəmiyyətdə həm müsbət, həm də mənfi fikirlər mövcuddur. Layihə çərçivəsində gənclər araşdırma və debatlar metodologiyası vasitəsi ilə Avropa Oyunlarının Azərbaycana verdiyi faydaları ortaya çıxardılar və nəyə görə Oyunların ölkə səviyyəli prioritet olmasını anladılar. Hamımız üçün aydındır ki, Oyunlar çərçivəsində görülən işlər, infrastruktur obyektlərinin tikintisi, yolların bərpası, üç və dörd ulduzlu mehmanxanaların tikintisi həm yeni iş yerləri yaradır və minlərlə şəxsi işlə təmin edir, həm turizm potensialını artırmaqla ölkə iqtisadiyyatına uzunmüddətli dövrdə müsbət təsir göstərir, həm də Azərbaycan mədəniyyətini, idmanını dünyaya tanıdır”.
Məlumat üçün qeyd edək ki, “Gənclər Debat Forumu: Olimpiya Kuboku” layihəsi çərçivəsində baş tutan təlimlər Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərini əhatə edib və təlimlərdə 200 gənc iştirak edib. Təlimlərdə debat metodologiyası vasitəsi ilə Avropa Oyunlarının keçirilməsinin ölkəmizə verdiyi faydalar haqqında fikir mübadiləsi aparılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info