Dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər 35 faiz aşağı salınıb
Tarix: 29.03.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Sabahdan başlayaraq Azərbaycanda dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər 35 faiz aşağı salınacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun məlumata görə, 11 mart 2015-ci ildən dəmir yolunda beynəlxalq sərnişindaşımalarda tariflər təxminən 35% artıb.
O bildirib ki, beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib. “Azərbaycan Dəmir Yollar” QSC bununla əlaqədar olaraq “Rusiya Dəmir Yolları” ASC-yə və "Gürcüstan Dəmir Yolları"na beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib. Aparılan danışıqların nəticəsi olaraq “Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədilə 30 mart 2015-ci il tarixdən etibarən "Azərbaycan Dəmir Yolları"na məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınıb.
Eyni zamanda 15 mart 2015-ci il tarixdən etibarən Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədilə "Azərbaycan Dəmir Yolları"na məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan dəmir yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. "Gürcüstan Dəmir Yolları" ilə “Azərbaycan Dəmir Yolları” arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri 5 aprel 2015-ci il tarixdən etibarən aşağı salınacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info