Bakıda “Yer saatı” aksiyası
Tarix: 29.03.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Bakıda “Yer saatı” keçirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşkilatçılığı ilə bütün dünyada keçirilən qlobal aksiyanın azərbaycanlı iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 19:30-da Azadlıq meydanında toplaşıblar. Sonra şamlar yandırılıb. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yeni Azərbaycan Partiyası, Qız qalası və Şirvanşahlar Sarayı, ADA Universiteti, Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılıb. Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər. Layihə saat 22:00-da başa çatıb.
“Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova bildirib ki, hər il bu qlobal aksiyada iştirak edən ölkələrin sayı artır. “Əgər 2014-cü ildə “Yer saatı” aksiyasında 156 ölkənin sakini iştirak etmişdisə, bu il isə onlara daha 16 ölkənin (İsrail, Əlcəzair, Kamerun, Venesuela və s.) sakini qoşulub. Bundan əlavə, bu il aksiya zamanı müxtəlif ölkələrdə yerli vaxtla 20.30-da 1220 binanın, həmçinin UNESCO-nun dünya irsi siyahısından 40 abidə üzərində işıqlar 1 saat söndürüldü”, - deyə o qeyd edib.
“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Bu, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hər il keçirdiyi beynəlxalq tədbirdir.
“Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Hər il mart ayının son şənbə günü (bu il martın 28-də) saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir. Həmin insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info