“Azərbaycanın dünyada nüfuzunun artması bəzi dairələrdə paxıllıq hissi yaradır”
Tarix: 29.03.2015 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Bu qarayaxma kampaniyası Azərbaycana qarşı paxıllıq, gözügötürməzlikdən irəli gəlir”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkin kampaniyalara münasibət bildirərkən deyib.
R.Əliyev bildirib ki, dünyada böhran olduğu halda Azərbaycanın inkişaf etməsi, iri beynəlxalq layihələr həyata keçirməsi, dünyada nüfuzunun artması bəzi dairələrdə paxıllıq hissi yaradır: “İlk Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi bunları narahat edir. Təəssüf ki, Azərbaycanın daxilində də bir sıra insanlar bu Oyunların ölkəmizdə keçirilməsini qəbul edə bilmir. Çünki onların istəyi odur ki, Azərbaycanın adı pis olsun, ölkədə heç bir irimiqyaslı tədbir keçirilməsin, Azərbaycanın adı yaxşı işlərdə hallanmasın”.
Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı bu qarayaxma kampaniyası ilk dəfə deyil: “Hər dəfə beynəlxalq tədbirlər öncəsi bu cür çirkin kampaniyanın şahidi oluruq. “Eurovision” mahnı müsabiqəsi keçirilən zaman da belə kampaniyanın şahidi olduq. Aidiyyəti olmayan məsələləri ortaya atır və bundan təzyiq vasitəsi kimi istifadə edirlər”.
O, hesab edir ki, bütün bunlar əbəs yerədir: “Azərbaycan həmişə olduğu kimi, bu dəfə də bu mühüm tədbirə layiqli ev sahibliyi edəcək. Qısa müddət ərzində ilk Avropa Oyunları üçün idman infrastrukturu yaradılıb və bütün digər işlər yarışların başlanmasına qədər tamamlanacaq”.
R.Əliyev ilk Avropa Oyunlarının Azərbaycan üçün faydalarından da danışıb: "İlk növbədə, Azərbaycana bu Oyunları izləmək üçün minlərlə turist, o cümlədən iş adamları, jurnalistlər gələcək. Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq ki, bu da ölkəmizin dünyada geniş təbliğinə imkan yaradacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info