Avstraliya Çinin Qərb dominantlığına qarşı olan layihəsinə qoşulur
Tarix: 29.03.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Avstraliya Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) qoşulmağı qərara alıb. Bu barədə martın 29-da Avstraliyanın Baş naziri Toni Ebbott məlumat verib.
TASS informasiya agentliyi xəbər verir ki, yaxın zamanlarda təsisçi statusunda AİİB-in işində fəaliyyət göstərməyə imkan verəcək memorandumun imzalanacağını deyən Toni Ebbott bankın əsasən də Beynəlxalq Bank və Asiya İnkişaf Bankı kimi digər əsas beynəlxalq maliyyə institutları ilə birgə işləyərək regionda iqtisadi artımın stimullaşdırılması və infrastruktur problemlərin həllində əsas rol oynaya biləcəyini və bu baxımdan ölkəsinə xeyir gətirəcəyini qeyd edib.
Buna baxmayaraq Avstraliyanın bu bankın fəaliyyəti ilə bağlı bəzi suallarının qaldığını vurğulayan Baş nazir onları gələcək danışıqlarda müzakirə edəcəklərini nəzərə çatdırıb.
Qeyd edək ki, martın 28-də Rusiya da Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulacağını bəyan etmişdi.
AİİB-in yaradılması ideyası Qərb maliyyə institutlarının dominant mövqelərini zəiflətməyə və regionda öz nüfuzunu artırmağa cəhd edən Çinə məxsusdur. Asiyanın kasıb regionlarında yolların salınmasına, telekommunikasiya və digər infrastruktur islahatlarının inkişafına vəsait ayıracaq bankın təsisçilərinin siyahısının martın 31-də dərc olunacağı gözlənilir. Nizamnamə kapitalı 100 milyard dollar, ilkin səhm kapitalı isə 50 milyard dollar olacaq maliyyə institutunun 2015-ci ilin sonlarına qədər formalaşdırılacaq mənzil-qərargahı Pekində yerləşməlidir.
AİİB ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək. Bankın maliyyələşdirməyi planlaşdırdığı layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol əlaqəsinin qurulması da yer alır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info