İsveçrədə Azərbaycan multikulturalizminə aid kitab nəşr olunacaq
Tarix: 29.03.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Silahlı Qüvvələr üzərində demokratik nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə İsveçrənin Frayburq Universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar keçirilib.
Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Tahirə Allahyarova və İlqar Dadaşov, Federalizm İnstitutunun nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Filipp Lefort və Frayburq Universitetinin professoru Daniel Vorner məruzə ilə çıxış ediblər.
Seminarda BBMM-in icraçı direktoru Azad Məmmədov Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılmasından söhbət açıb.
Professor Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərdə tədris olunmasından bəhs edib və bu fənnin növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb.
BBMM-in icraçı direktoru növbəti gün Frayburq Universitetinin sosial elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.
Görüşdə professor Azad Məmmədov Azərbaycan multikulturalizmi özünün dövlət siyasəti bəyan etməsindən, ölkə başçısı İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü işdən, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan münbit multikultural və tolerant mühitdən danışıb.
Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədova təklif olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info