“Atlantico”: “Ukrayna və Yaxın Şərqdə muzdluların yeni qızıl əsridir”
Tarix: 29.03.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“Muzdlu hərbi şirkətlər sahəsində anqlo-saks ölkələri liderlik edir”

Özəl hərbi şirkətlər xarici hərbi müdaxilələrin və nizami orduların iştirakı ilə baş verən münaqişələrin ayrılmaz hissəsinə çevriliblər. Onlar sözün əsl mənasında özləri haqqında yaradılmış “avantürist” imicindən uzaqda durmağa çalışırlar və onların fəaliyyəti hadisələrin gedişinə ciddi təsir göstərir. İraqdakı müharibə zamanı geniş ictimaiyyətə bu cür özəl hərbi şirkətlərin, xüsusən “Blackwater” şirkətinin önəmi aydın olmuşdu. Onun adı sonradan “Academy” oldu. Bəs bu cür özəl şirkətlərlə əməkdaşlıq dövlət və dövlətə yaxın strukturlara nə verə bilər? Onların münaqişələrdə rolu necədir?
Bu barədə Fransanın “Atlantico” media qurumunda “Ukrayna və Yaxın Şərqdə muzdluların yeni qızıl əsridir” başlıqlı yazıda ekspert Filip Şaplo maraqlı fikirlər və faktlar irəli sürüb: “Son 4 min il dünyada resurs və vəsaitlərin çatışmazlığı qaydaları ilə müşayiət olunub. Söhbət insani, maliyyə və texniki resurslardan gedir. Əgər siyasətçilərə əməliyyatlar aparmaq lazımdırsa, onlar özəl sektora müraciət edirlər. Siyasi hakimiyyət, hərbi sahibkarlar və “muzdlular” adlanan icraçılardan ibarət üçbucaq, artıq əvvəlki zamanlardan fərqli anlam kəsb etməyə başlayıb.
İraqda, Əfqanıstanda və Afrikada resursların çatışmazlığı ilə bağlı mübarizənin məntiqi dəyişməz olaraq aktual idi. Bu, təlim proqramları, hava və dəniz nəqliyyatı, kəşfiyyat, loqistik dəstək və hərbi əməliyyatlara da aid edilə bilər.
Bu gün özəl hərbi şirkətlər öz legitimliklərini daha çox təsdiq etdirməyə çalışırlar.
Bu gün hər şey bizneslə müəyyən edilir. Həmin şirkətərin əsas təqdim etdiyi xidmətlər beş, ya da altı cürdür: təhlükəsizlik(insanların və obyektlərin qorunması, dənizdə qarovul, istehkamçılıq), təlim kursları(sadə əsgərlərdən pilotlara qədər), hərbi resursların çatışmazlığı şəraitində logistik dəstək, kəşfiyyat və sülhyaradıcı əməliyyatlar kimi xidmət növləri bura aiddir”.
Ekspert bildirib ki, bu cür hərbi şirkətlər sahəsində əsasən anqlo-saks ölkələri(ingilisdilli ölkələr) liderlik edir. Bu şirkətlər hələ 1990-cı illərin əvvəllərindən yaranmışdı və indi onların çoxu böyük şirkətlərə çevriliblər. Məsələn,
“DynCorp International” şirkətinin artıq 24 min əməkdaşı var və şirkət bu sahədə bütün istiqamətlərdə xidmətlər təklif edir: “Fransızlar və skandinaviyalılar bu sahədə əsasən yoxsul bazarlarda fəaliyyət göstərirlər. Burada Türkiyə, Çin və Rusiyadan olan yeni oyunçular da peyda olur. Cənubi Afrika Respublikasına əsaslanan şirkətlərin fəaliyyəti barədə də qeyd etmək olar: 1990-cı illərdə demobilləşdirilmişlərdən çoxu Afrika, İraq və Əfqanıstanda peyda olmuşdu. Uzun müddət bu hərbi şirkətlərin keçirdikləri əməliyyatlar əsasən, İraq və Əfqanıstanla məhdudlaşmışdı. İraqda 120 min hərbçi olanda, orada 120 min “müqaviləli” də vardı. Amma “müqaviləli” tamamilə “muzdlu” sayıla bilməz. Çünki “müqaviləli” qabyuyan və yol fəhlələri də ola bilər”.
Ekspertə görə, hazırda Afrikada fransızlar və amerikanlara aid özəl hərbi şirkətlər bir-birilərilə aktiv rəqabətdədirlər.
Ekspert bildirir ki, əgər bu cür özəl hərbi şirkətlərin maliyyələri dayansa, ciddi risklər yarana bilər: Məsələn, şirkətlər sifariş verən ölkənin təbii resurslarının bir hissəsini maliyyə əvəzinə ələ keçirə bilərlər.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info