“Bundan sonra motivasiya daha yüksək olacaq”
Tarix: 29.03.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


“Bəzi məqamlarda istədiyim oyunu nümayiş etdirə bilmədik”. Bunu Azərbaycan yığmasının 2-0 hesabı ilə Malta komandasına qarşı qələbəsi ilə yekunlaşan görüşü şərh edərkən millimizin baş məşqçisi Robert Prosineçki bildirib.
Eyni zamanda məşqçi vurğulayıb ki, komanda əlindən gələni edib. “Bundan da yaxşı oynaya bilərik. Futbolçuların potensialı bundan da yaxşı oynamağa imkan verir. Oyundan öncə qarşılaşmanın çətin olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Futbolda hər şey mümkündür. Rəqib bərabərlik qolu vurub, hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıdan oyunlarımız gəlir. Bundan sonra motivasiya daha yüksək olacaq”, - deyə R.Prosineçki bildirib.
Maltanın baş məşqçisi Pietro Godhinin sözlərinə görə, futbol riyaziyyat deyil, bu oyunda qələbə də, məğlubiyyət də var. “İki top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimiz ucbatından uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. Fasilədən sonra yaxşı oynadıq. Hakimliklə bağlı müsbət fikirdəyəm, hər hansı başqa bir söz deyə bilmərəm”, - deyə baş məşqçi söyləyib. Xatırladaq ki, martın 28-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Malta yığmasını Bakıda keçirillən oyunda 2-0 hesabı ilə məğlub edib. Qolları Cavid Hüseynov və Dmitri Nazarov vurublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info