Oğuzda gənc sahibkarlar maarifləndirilib
Tarix: 29.03.2015 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin “İnkişaf etmiş ölkələrin iqtisadi təcrübələrindən istifadə edərək bazar iqtisadiyyatı şəraitində Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin əhəmiyyətli rolu” adlı layihəsi çərçivəsində Oğuz rayonunda iki seminar keçirib. Seminarda “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov layihə, onun məqsədləri, görülmüş işlər barədə məlumat verib. Təlimçi Səbuhi Aslanov isə gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğunu vurğulayıb, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün nələri bilmənin vacibliyi barədə məlumat verib. Seminarda Oğuz Rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin məsul işçisi Aqil Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, müəllim və şagirdlər iştirak ediblər. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş qələmlər paylanılıb, xatirə şəkli çəkilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info