“Ermənilər XX əsrin əvvəlində bütün türk xalqına qarşı soyqırım törədiblər”
Tarix: 30.03.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


"Bu soyqırım illərlə birtərəfli təbliğ olunub. Ermənilər bütün dünyaya bəyan ediblər ki, vurulub öldürülüblər. Sovet dövründə hakimiyyətdəkilər erməni ekstremistlərinin təsiri altında olduğuna görə Azərbaycanda baş verən hadisələri aşkar etməkdə çətinliklər yaranırdı".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.
A.Paşazadə bildirib ki, XX əsrin əvvəllərində baş verən soyqırım təkcə Azərbaycana qarşı deyil, bütün türk xalqına qarşı törədilmişdi: "Təkcə Azərbaycanda deyil, Türkiyədə də çoxlu insanlar bu soyqırıma məruz qalmışdı. Bakı, Şamaxı, Lənkəran, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə törədilən qırğınların təsiri bu gün də özünü göstərir. Bu hadisələr zamanı 12 minə yaxın insan öldürülüb, minlərlə insan itkin düşüb. Məqsəd isə ermənilərin Qara dənizdən Xəzər dənizinədək "Böyük Ermənistan" dövləti yaratmaq idi".
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, QMİ-nin bölğələr üzrə səlahiyyətli nümayəndələri, İslam Universitetinin müəllim-tələbə heyəti, din, elm və ictimai xadimlər iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Paşinyanı qorxudan məqam…
02.06.2020
Daşkənddə Maqsud Şeyxzadənin anadan olmasının 112 illiyi ilə bağlı videokonfrans keçirilib
02.06.2020
Jitomirdəki soydaşlarımız xeyriyyə aksiyası keçirib
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
01.06.2020
Azərbaycan beynəlxalq elmi-nəzəri onlayn videokonfransda təmsil olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info