Pakistandan ermənilərin seçki oyununu pisləyən bəyanat
Tarix: 30.03.2015 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” tanımayan bəyanat verib.
Səfirlikdən bildiriblər ki, bəyanatda, Pakistan Senatının Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 03 may, 2015 tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pisləndiyi bildirilmişdir.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir: "Ermənistanın qanunsuz işğalını tam pisləyir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasını tam dəstəkləyir. Qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır".
Bəyanatda, eyni zamanda vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info