“TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir”
Tarix: 30.03.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Ölkələrin tək bir ölkədən enerji təchizatına bağlı olması və ya bir ölkədən həddindən çox asılı olması heç bir zaman yaxşı bir şey deyil. Xüsusilə də, əgər bu ölkənin enerji təchizatı ona qarşı siyasi bir vasitə kimi istifadə olunursa”.
Bu sözləri Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində ABŞ-ın Xarici İşlər Nazirliyinin Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçisi Amos Hokştayn (Amos Hochstein) bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin qarşısını almaq üçün həm enerji təchizatını təmin etmək, həm də enerjinin nəql olunduğu marşrutlar diversifikasiya edilməlidir: “Trans-Anadolu (TANAP) qaz boru kəməri bu iki əsas meyarı yerinə yetirən bir layihədir. Təbii qaz, həm yeni bir tədarükçü, həm də yeni bir yolla gəlir.TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir”.
A. Hokştayn deyib ki, bu layihənin sayəsində ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarına çatdırmaq mümkün olacaq: “Layihənin keçdiyi marşrut da çox əhəmiyyətlidir. Layihə Ukrayna və ya Rusiyadan yox, Türkiyə üzərindən keçir. Türkiyədən keçib İtaliyaya çatdığında isə bu bizə Yunanıstandan Bolqarıstana uzanan yeni bir boru xətti inşa etməyə imkanı verəcək. Boru kəməri Bolqarıstandan da Serbiya, Rumıniya və Macarıstana bağlana bilər. Bu səbəbdən Türkiyədən başlayan bu marşrut bizə əhəmiyyətli bir rahatlıq təmin edəcək”.
ABŞ rəsmisi bildirib ki, TANAP 10 ildir hazırlığı aparılan bir layihədir: “TANAP Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin güclü bir şəkildə öhdəliklərin götürdüyü bir layihədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız layihənin təməlatma mərasimində bu öhdəliyi bir daha dilə gətirdilər”.
Amerikalı enerji eksperti deyib ki, bu səbəbdən də TANAP bu gün hər kəsin diqqətinin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi bir layihə olmalıdır: “İstər Türkiyə, istərsə də Avropa üçün ən yaxşısı budur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info