“290 ABŞ hərbçisi Ukrayna əsgərlərinə təlim keçəcək”
Tarix: 30.03.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Ukraynanın daxili işlər naziri Arsen Avakov ABŞ hərbçilərinin Ukrayna əsgərlərinə keçəcəyi hərbi təlimlər barədə məlumat verib. A. Avakov özünün “Facebook” səhifəsində təlimlərdə Ukrayna Milli Qvardiyasının 900 döyüşçüsünün iştirak edəcəyini yazıb.
Nazir təlimlərin aprelin 20-də Lvov vilayətindəki Yavoriv poliqonunda başlayacağını bildirib: “290 Amerika desantı aprelin 20-də Lvov vilayətinin Yavoriv poliqonuna gələcək. Razılığa əsasən ABŞ-ın 173-cü hava-desant briqadası ilə Milli Qvardiyanın bölmələrinin uzunmüddətli təlimləri burada keçiriləcək”.
A. Avakov 8 həftəlik təlimlərdə Milli Qvardiyanın “Azov”, “Yaquar”, “Omeqa”, general Kulçitski adına batalyonu və digər bölmələrinin iştirak edəcəyini söyləyib. Hazırlıq başa çatdıqdan sonra ABŞ-Ukrayna birgə hərbi təlimi də olacaq.
Xatırladaq ki, ABŞ-ın Avropadakı qüvvələrinin komandanı Frederik Hodces Ukrayna hərbçilərinə təhlükəsizlik və tibbi vəzifələri yerinə yetirməyi, döyüş anında ruslar tərəfindən rabitə əlaqəsinin kəsilməsi zaman necə hərəkət etməyi, Rusiya və separatçıların artilleriya zərbələrindən necə qorunmağı öyrədəcəklərini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info