“Azərişıq” yenidənqurma işlərinə başlayıb
Tarix: 30.03.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC təhvil-təslim işlərinin başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təchizatı vəziyyətini öyrənməyə başlayıb.
“Azərişıq”dan verilən məlumata görə, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günləri də daxil olmaqla “Azərişıq”ın vəzifəli şəxsləri, mütəxəssisləri regionlarda olublar.
Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə “Azərişıq”da yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə də artıq başlanılıb. Bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb. Cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb. Ölkəmizin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir.
Bu işlərlə yanaşı uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri də gedir.
Bayram günlərində gücləndirilmiş iş rejimində çalışan “Azərişıq”ın əməkdaşları Şimal Regionunda (Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz) onlarla komplekt transformator məntəqəsini quraşdıraraq istifadəyə verib. KTM-lər quraşdırılan ərazilərdə tam təhlükəsiz və zövqoxşayan şərait yaradılıb. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.
“Azərişıq” prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təchizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.
Xatırladaq ki, “Azərişıq” ASC Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. “Azərenerji” ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq, 10 aprel 2015-ci ildə başa çatdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info