Necdət Ünüvar: “31 mart soyqırımını tarix unutmayacaq”
Tarix: 30.03.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, TBMM-nin Səhiyyə, ailə, əmək və sosial işlər komissiyasının sədri Necdət Ünüvar 31 mart soyqırımının növbəti ildönümü ilə bağlı açıqlama yayıb. “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart günü “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Azərbaycan xalqının tarixdə dəfələrlə soyqırıma məruz qalmasına və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq, bir çox ölkə bu soyqırımlara səssiz qalıb. 31 Mart gününü hər azərbaycanlı və bütün türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızı amansızlıqla qətlə yetirdiyi illəri ifadə edən və unudulmaması gərəkən bir gündür. Hər il 24 apreldə qondarma soyqırım iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar öz tarixlərində azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Amma edilənləri özləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaq. Soyqırım qurbanlarının anım günündə soyqırım səbəbi ilə şəhid olan azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info