Soyqırım – tarixi həqiqətlər erməni vandalizmini ifşa edir
Tarix: 30.03.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş elmi konfrans keçirilib.Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına qarşı soyqırım və deportasiya, etnik təmizləmə siyasəti yürütmüş, 1905-07, 1918-20, 1946-48-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli faciələr törətmiş, nəticədə 12 min azərbaycanlı qətlə yetirilmiş, 10 min nəfər itgin düşmüşdür. Ötən əsrin 80-ci illərindən etibarən mənfur düşmənlərimiz Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlamış, Azərbaycan torpaqlarını mənimsəmişlər.mBu tarixi həqiqətlər unudulmamalı, dünya ictimaiyyətinə yetərincə çatdırılmalıdır. Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Arif “Heydər Əliyev və Azərbaycanda soyqırım tarixinə ümumdövlət münasibəti” mövzulu məruzəsində vurğulayıb ki, 1918-20-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min nəfər erməni vandalları tərəfindən vəhşicəsinə öldürülmüşdür. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə, əksər xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmiş, iki milyona yaxın azərbaycanlı bu siyasətin qurbanı olmuşdur. Xalqımıza qarşı dəfələrlə törədilən bu soyqırım aktına tarixi, siyasi və hüquqi qiymət verilməsi dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dahi öndər 1998-ci il 26 mart tarixdə «Azərbaycanlıların soyqırımı haqqında» fərman, digər mühüm qərarlar imzalamışdır. Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü siyasət Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aynur Ləzgiyeva “1918-1920-ci illərdə Naxçıvanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı” məruzəsində məlumat verib ki, 1918-ci ildə daşnak höküməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzasında yaşayan müsəlmanları qırmaqla bu torpaqları Ermənistan ərazisinə birləşdirməyi planlaşdırmışdı. 1918-21-ci illərdə Naxçıvanda Osmanlı qoşunları ilə Andranikin silahı dəstələri arasında şıddətli döyüşlər getmiş, ermənilər tərəfindən 73.727 nəfər azərbaycnlı qətlə yetirilmiş, Andranikin qoşunları Naxçıvnda 15 kəndi viran qoymuşdur. Lakin yerli öüzünümüdafiə dəstələri və türk əsgərləri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparmış, 1918-ci ilin noyabrında öz müstəqilliyini elan edən Naxçıvanda Araz-Türk Respublikası regionun ərarzi toxunulmazlığı istiqamətində fəaliyyət göstərmişdir. Soyqırım hadisəsi ilə bağlı real tarixi faktlar isə Azərbaycan müstəqillik əldə etdikdən sonra, ümummilli liderin siyasi uzaqgörənliyi ilə dünya ictimaiyyətinə çatdırılmışdır. Konfransda soyqırımdan bəhs edən sənədli film nümayiş olunub.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info