“Ermənilər törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta soyqırımı yaratdılar”
Tarix: 30.03.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər bir soyqırımıdır. Bu cinayətlər bağışlanmır. Belə cinayətin müddəti yoxdur. Cinayətkarlar cəzasını mütləq alacaqlar”. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən tədbirdə deyib.
M.Qurbanlı bildirib ki, Bakıda törədilmiş qırğınlar əslində Novruz bayramı ərəfəsində baş vermişdi:
“Lakin bilirsiniz köhnə və yeni təqvim arasında 13 gün fərq var. Ona görə də, biz 31 martı soyqırımı günü kimi qeyd edirik. İndiki Şəhidlər Xiyabanında o zaman minlərlə insan dəfn olunub. Xalq bunu yaddaşından silmədi və 1990-cı ildə həmin yerdə 20 yanvar şəhidlərini dəfn etməklə oranı Şəhidlər Xiyabanı adlandırdı”.
Komitə sədri vurğulayıb ki, erməni xisləti daim güclünün tərəfində olmaqdır, onlar kiminsə himayəsinə sığınaraq Roma, Sasani və Osmanlı imperiyalarına arxadan zərbələr vurublar: “Amma törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta soyqırımı yaratdılar və bundan təbliğat vasitəsi kimi istifadə etməyə başladılar. Onlar İran, Türkiyə və Qafqazda böyük qırğınlar törədiblər. Amma ermənilər bu qırğınları törədənləri milli qəhrəman adlandırıb, onlara heykəllər qoyublar”.
Dövlət Komitəsinin sədri Rusiyaya ölkədə bəzi tarixdəki hadisələrə görə ermənilərin qəhrəmanlaşdırılması faktları hallarına iradını da bildirib.
M.Qurbanlı bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasına qanı tökülənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır: “Bu, anormal haldır. Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri prezident Vladimir Putinə məktubla müraciət ediblər ki, bu il keçirilən 70 illik ərəfəsində həmin ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır”.
M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yeni nəslə çatdırılmalıdır. O bildirib ki, ermənilərin bu hərəkətlərinin qarşısı alınmasa, bunlar başqa yerlərdə də təkrarlana bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info