Şeyxdən sərt bəyanat: “Biz radikalizmin kökünü kəsəcəyik”
Tarix: 30.03.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


"İndi çox çətin dövrdə yaşayırıq. İnanın ki, bizə qarşı olan qüvvələr, hətta ekstremist-dini qüvvələr, cərəyanlar var. Onların bəzilərinin maliyyələşməsi bəlkə Ermənistana, erməni ekstremistlərinə gedib çıxır. Bəlkə də onlar ayrı adlarla, təkfirçi və s. adlarla bura gəlib çıxıblar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Getdiyimiz yol doğru yoldur. Allahın bizə buyurduğu yoldur, inşallah bu yolla da gedəcəyik və haqqı da Allah bizə nəsib edəcək". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə deyib ki, bu, bizim üçün çox vacib məsələdir, bir vətəndaş məsələsidir: "Molla məsələsi deyil. Kimin qeyrəti, namusu varsa, vətəndaşdırsa, azərbaycanlıdırsa, türkdürsə, vicdanı varsa, soyqırımı məsələsinə öz münasibətini bildirməlidir.
Mən hələ sovet dövründə şeyx olanda bizə Türkiyəyə getməyə qoymurdular. İrana, Səudiyyə Ərəbistanına getmək olardı, amma Türkiyəyə yox. Bizim Türkiyə ilə əlaqələrimiz yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra yarandı. Türkiyədən, türklərin birliyindən qorxurdular. Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bunu bilin, bir daha deyirəm, mənə inanıblar ki, bura seçilmişəm, kim əgər məzhəb ayrıseçkiliyi eləsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam. Hamımız Vətənə xidmət, Allaha ibadət etməliyik.
Bəzən adamlar xülyalarla yaşayırlar ki, burada onlar üçün yer tapılacaq, onlar üçün imkanlar yaranacaq və onlar gələcəkdə nəyəsə nail olacaqlar. Mən sizi inandırım ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Biz radikalizmin kökünü kəsəcəyik".
Şeyx həmçinin xatırladıb ki, Ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəmənə qarşı koalisiya yaratdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info