“The Guardian”: “Respublikaçılar Obamanı Putin və Əsəddən daha böyük təhlükə kimi görür”
Tarix: 30.03.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“Reuters/Ipsos” Amerikaya münasibətdə təhlükəli ölkələr, təşkilatlar və şəxsləri qiymətləndirmək barədə online sorğu keçirib

“The Guardian” yazır ki, Amerikada Respublikaçılar Obamanı Putin və Əsəddən daha böyük təhlükə kimi görür. Belə ki, “Reuters/Ipsos” Amerikaya münasibətdə təhlükəli ölkələr, təşkilatlar və şəxsləri qiymətləndirmək barədə amerikalılar arasında online sorğu keçirib.
Bu zaman bəlli olub ki, Respublikaçıların hər üç nəfərindən biri Prezident Barak Obamanı ABŞ-ın başının üstünü almış təhlükə hesab edib. Bu məsələdə Obama onlar üçün Putin və Əsədi də ötüb keçib. Yuxarıda adıçəkilən sorğu bu ay 2 min 809 amerikan arasında keçirilib. Bu zaman 1-dən 5-ə qədər olan şkalada 5-ci mövqe ABŞ üçün daha böyük təhlükəliləri ehtiva edib. Beləliklə, bəlli olub ki, Respublikaçıların 34 faizi Obamanı ABŞ-ın başının üstünü almış təhlükə hesab edir. Obamadan sonra 25 faizlə Rusiya Prezidenti Putin, daha sonra isə 23 faizlə Suriyanın dövlət başçısı Əsəd gəlir. Qeyq edilir ki, Qərb dövlətlərinin mövqeyincə, “Putin Ukraynaya qarşı aqressiv siyasəti” və “Əsəd öz vətəndaşlarına qarşı xlorlu qaz və kimyəvi bomba tətbiq etdiyinə görə” təhlükəlidir.

“Respublikaçılar və Demokratlar partiyaları tərəfindən başlanan “Qorxu alveri” 2016-cı ilin prezident seçkiləri kampaniyasında əsas istinadgah ola bilər. Burada media və amerikan siyasəti qorxu ilə çoxluca alver etməkdədirlər”

Bu sorğunun nəticələri ilə bağlı fikirlərini bildirən sosioloq və “Qorxu mədəniyyəti: Niyə amerikalılar yanlış olan nəsnələrdən qorxurlar” adlı əsərin müəllifi Barri Qlassner deyib ki, amerikan siyasətində qütbləşmənin səviyyəsinə nəzər yetirdikdə, sorğunun nəticələri o qədər də təəccüblü deyil: “Onların niyyəti ofisdə vəzifə başında oturan şəxsi şərləməkdir. Respublikaçılar və Demokratlar partiyaları tərəfindən başlanan “Qorxu alveri” 2016-cı ilin prezident seçkiləri kampaniyasında əsas istinadgah ola bilər. Burada media və amerikan siyasəti qorxu ilə çoxluca alver etməkdədirlər”.
O da qeyd edilir ki, “Ipsos sorğusu” həmçinin, martın 16-sı və 24-ü arasında keçirilib və 1 min 83 demokratı, 1 min 59 respublikaçını əhatə edib. Burada Respublikaçıların 27 faizi Demokratları ABŞ-ın başının üstünü almış təhlükə kimi görüb. Demokratların 22 faizi də Respublikaçılar barəsində eyni cür düşünür.
Rəyi soruşulanların çoxu təhlükəni potensial terror hücumları ilə əlaqələndirir. “İŞİD” hərbçiləri bu baxımdan respondentlərin 58 faizi tərəfindən daimi təhlükə hesab edilir. “Əl-Qaidə” isə respondentlərin 43 faizi tərəfindən eyni dərəcədə təhlükə kimi görülməkdədir.
Şimali Koreya lideri rəyi soruşulanların 34, İran dini lideri Ayətullah Əli Xamneyi isə 27 faizi tərəfindən ABŞ üçün təhlükə hesab edilib.
Kiber hücumlar isə 39 faiz tərəfindən təhlükə sayılır. Bundan başqa narkotik alveri respondentlərin üçdəbiri tərəfındən təhlükə hesab edilib. Demokratlar iqlim dəyişikliyi məsələlərinə Respublikaçılardan daha çox maraq göstəriblər. Belə ki, onların 33 faizi qlobal istiləşməni daimi təhlükə hesab edib. Respublikaçıların 27 faizi isə deyib ki, iqlim dəyişikliyi hələ tamamilə təhlükə deyil.
Göründüyü kimi, online sorğular ABŞ əhalisi və siyasi partiya mənsubları arasında keçirilib və belə olduğu halda, onların müəyyən faizinin ABŞ-la əks qütbdə dayanan Putini, Xamneyini və digər dövlət başçılarını rəqib kimi görmələri anlaşılandır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info