1933 sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərlə təmin olunub
Tarix: 30.03.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


ƏƏSMN-nin kollegiya iclasında sosial xidmətlər sahəsində cari vəziyyət
və qarşıda duran vəzifələr müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, əmək siyasəti və digər sahələrdə görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının bu qruplardan olan insanların ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sahəsində işlərin ilbəil güclənməsinə, sosial xidmət sisteminin təkmilləşdirilməsinə şərait yaratdığını vurğulayıb: “Ölkəmizdə "Sosial xidmət haqqında" qanuna uyğun olaraq, sosial xidmətlərin göstərilməsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təşkil olunur. Ötən il ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə 28 QHT qalib gəlib. Ümumilikdə keçən il QHT-lər tərəfindən 31 layihə icra olunub ki, onlardan 30-u bilavasitə xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı olub. Həmin layihələr üzrə ümumilikdə 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub. Həmçinin icra olunan layihələr çərçivəsində ölkənin 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Könüllülər də daxil olmaqla 140 nəfərin çalışdığı bu mərkəzlərin sosial xidmət göstərdikləri 330 nəfərdən çox uşağın 20 faizi sağlamlıq imkanları məhdud uşaqlar olub”.
S.Müslümov bildirib ki, daha bir layihə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası məqsədi ilə təbliğat kampaniyasının təşkilinə aid olub. Bu layihə çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən əlilliyi olan şəxslərlə bağlı xüsusi verilişlər hazırlanaraq yayımlanıb.
Nazir bildirib ki, bütün bu layihələrin icrası formal xarakter daşımamalı və cəmiyyət bunun nəticələrini görməlidir: “Hazırda ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən bu sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının ölçülməsi üçün mütərəqqi standartlar əsasında monitorinq və qiymətləndirmə sisteminin yaradılması vacib məsələlərdən biridir. Bununla əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə qeyd olunan standartların hazırlanmasına başlanıb. Eyni zamanda, cari ilin may-iyun aylarında Avropa İttifaqının “Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı” Tvinninq layihəsinin icrasına başlanacaq. Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacaq bu layihə ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsi üçün həmin ölkənin qabaqcıl təcrübəsindən istifadəyə şərait yaradacaq”.
İclasda ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ötən il nazirliyin sosial sifarişlər üzrə müsabiqələrində qalib gəlmiş layihələrin icrasının nəticələri ilə bağlı məlumat verib. Sosial xidmətlər üzrə layihələri icra edən ayrı-ayrı QHT-lərin rəhbərləri sosial sifarişlər üzrə müsabiqələrin nəticələrinə dair xüsusi təqdimatlarla çıxış ediblər, ayrı-ayrı təkliflər səsləndiriblər. Vurğulanıb ki, ƏƏSMN-nin mərkəzi icra hakimiyyəti orqanı olaraq bu sahədə QHT-lərlə fəal əməkdaşlığı dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasında fəal əməkdaşlığın bariz nümunəsidir. İclasda bu istiqamətdə görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması üçün xüsusi bir konfransın keçirilməsi qərara alınıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info