Abidəsiz, muzeysiz 31 Mart qurbanları yad edilib
Tarix: 30.03.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


31 Mart – Azərbaycanlıların soyqırımının 97 – ci illiyi münasibəti ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) bu gün Şəhidlər xiyabanına anım ziyarəti təşkil edib.
İlk olaraq 20 Yanvar şəhidlərinin məzarı ziyarət olunub. Əbədi Məşəl Kompleksi önünə şəhidlərin xatirəsinə əklil qoyulub. Tələbələr də məzarların üstünə çiçək dəstələri düzüblər. Ziyarətçilər şəhidlərə sayğı duruşu ilə 31 Mart qurbanlarının ruhuna ehtiramlarını bildiriblər. Daha sonra Türkiyədə oxuyan tələbələr və universitet məzunları 1918- ci ildə azərbaycanlı qardaşlarına köməyə gələn Qafqaz İslam Ordusu şəhidlərinin məzarını da ziyarət ediblər. TUMİB sədri Çingiz Bayramov abidə qarşısında çıxış edərək 97 il əvvəl erməni daşnaklarının günahsız insanları sadəcə tür olduğu üçün öldürməsinin ən böyük barbarlıq nümunəsi olduğu bildirib. Daha sonra birliyin 31 Mart soyqırımı ilə bağlı bəyanatı oxunub. Bildirilib ki, BMT və digər beynəlxalq təşkilatlar əsrlərdir türk islam birliyinə qarşı soyqırım aktları həyata keçirən ermənilərə qarşı ciddi tədbirlər görülsün. Dünya işğalçı Ermənistanı birmənalı olaraq qınamalıdır. Onların Azərbaycanın işğal etdikləri suveren və hüquqi ərazilərindən dərhal çıxmasına təhrik etməlidir.
Çingiz Bayramov Hafta.az-a açıqlamasında bildirib ki, TUMİB hər il Azərbaycanda və Türkiyədə bu hadisəni xatırlayır. Ermənilərin törətdiyi bu amansız soyqırımla bağlı anım tədbirləri təşkil olunur. Çingiz Bayramov saytımız vasitəsi ilə Azərbaycan ictimaiyyətinə və ölkə başçısı İlham Əliyevə də müraciət ünvanlamaq istədiyini bildirib:
“Bu gün ziyarət etdiyimiz 20 Yanvar şəhidliyi əslində 1918-ci il soyqırım qurbanlarının da məzarlığı olub. Yəni tarix yenə də təkrarlandı. Ancaq 20 Yanvar 1990, Qarabağ şəhidlərinin məzarlığı olsa da, 97 il əvvəl qətlə yetirilən insanların soyqırımını andıracaq bir abidə yoxdur. Düşünürük ki, 31 Mart qurbanlarının xatirəsinə abidə qoyulmalıdır. Yanında da muzey fəaliyyət göstərməlidir. Xaricdən ölkəmizə qonaqlar gələndə də biz onlara bu tarixi daha rahat şəkildə başa salmalıyıq. Bu haqda prezidentə, digər aidiyyatı qurumlara müraciət etməyin vaxtı çoxdan çatıb. Sizin sayt vasitəsi ilə də bu müraciətimizi etmək istəyirəm. Elə Şəhidlər xiyabanında, paytaxtda 31 Mart Qurbanlarının xatirəsinə xüsusi bir abidə qoyulsun. Bu həm gənc nəsilimiz üçün, həm də xaricdən gələn qonaqlarımız üçün olduqca vacibdir. Ermənilərin saxta soyqırım iddialarına da tutarlı cavab ola bilər”.
Çingiz müəllimin tələbinin əsaslı olduğunu düşünüb Milli Məclisdə bu haqda təklif qaldırılıb-qaldırılmadığı ilə maraqlandıq. Millət vəkili Fazil Mustafa bu məsələ ilə bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırıldığını deyib:
“Amma həyata keçirilməsi nəzərdə tutulmayıb. Biz hətta Şəhidlər Xiyabanında soyqırım muzeyi məsələsini də gündəmə gətirmişik. Çünki xiyabanı xarici qonaqlar ziyarət edərkən onlar üçün bir az anlaşılmaz olur. Çünki onları maraqlandıran istiqamətə yönləndirə bilmirik. Ümid edirik ki, bununla bağlı gələcəkdə nəsə ediləcək. əgər bu olunsa format dəyişəcək. Beləliklə də xaricdən gələn qonaqlar Ermənistanda olduğu kimi soyqırım abidəsi önündə də baş əymiş olacaqlar. Hətta Xocalı tədbirlərinin də Şəhidlər Xiyabanında keçirilməsini biz təşkil etmişik. Soyqırım abidəsinin qoyulması ilə bağlı ölkə başçısına da müraciət etmişik. Milli Məclisdə mənim bununla bağlı müraciətim də var”.
Bizimsə bildiyimiz bir şey var; əgər bir ölkənin cəmiyyəti, düşünən ilit təbəqəsi 97 ildə öz soyqırımı xatirəsinə bir abidə ucaltmayıbsa, onu dünyaya bağırmağın, ədalət istəməyin də faydası olmayacaq. Biz Milli Məclisin belə bir qərarı nə zaman verəcəyini məcbur qalıb gözləyəcəyik. Ancaq zaman gözləmir...
Bir daha xatırladaq ki, 1918-ci ilin 28 mart 1 aprel tarixlərində erməni daşnak-quldur dəstələri Bakıda, Şamaxıda, Qubada və Qarabağda azərbaycanlıların kütləvi soyqırımını təşkil ediblər. Nəticədə iki yüz mindən çox insan qırğınlar nəticəsində həlak olub.
1998-ci ilin martın 26-da o zamankı ölkə rəhbəri Heydər Əliyev 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilməsi məqsədi ilə sərəncam imzlayıb. Həmin tarixlə Azərbaycan ilk dəfə olaraq bu soyqırıma siyasi və hüquqi qiymətini verib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info