Avropa Oyunları Finlandiya voleybolçuları üçün yaxşı təcrübə olacaq
Tarix: 30.03.2015 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunlarında Finlandiyanı təmsil edəcək kişilərdən ibarət voleybol komandasına 32 yaşlı Lauri Hakala baş məşqçi təyin edilib. L.Hakala 2014-cü ildə Sloveniya milli komandasında baş məşqçinin köməkçisi işlədikdən sonra ilk dəfə olaraq Finlandiya yığmasına rəhbərlik edəcək.
O, həmçinin bu mövsüm Finlandiyanın “LEKA” voleybol klubunda da məşqçilik edib. Ümumiyyətlə, yeddi ölkədə forma geymiş və məşqçilik etmiş L.Hakalanın beynəlxalq yarışlarda zəngin təcrübəsi var. Hakala “Bakı-2015” Avropa Oyunlarında ev sahibi Azərbaycan, həmçinin Serbiya, Polşa, Fransa və Türkiyə ilə birgə “A” qrupunda çıxış edəcək Finlandiya komandasına başçılıq edəcək. Yarışlarda “B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya komandaları yer alacaq. Baş məşqçi təcrübəli oyunçulardan və gənclərdən ibarət idmançıların bir komandada olmasını müsbət qiymətləndirərək Avropa Oyunlarının Finlandiya millisinin bəzi voleybolçuları üçün yaxşı təcrübə olacağını deyib. Oyunlar gənc voleybolçularımızın bacarıqlarının nümayiş etdirilməsi baxımından mükəmməl imkandır. Avropa Oyunları hər kəs üçün unudulmaz təcrübə olacaq. Finlandiyalı mütəxəssisin Avropa Oyunlarında iştirak edəcək komandasının heyətini mayın 4-də açıqlayacağı gözlənilir. “Bakı-2015” Avropa Oyunlarında voleybol yarışları iyunun 13-dən 28-dək “Bakı Kristal Hall”da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info