Bakı-Tbilisi-Qarsın tikintisi Qafqaza böyük nəqliyyat axını cəlb edəcək
Tarix: 30.03.2015 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Qazaxıstan 2020-ci ilə qədər nəqliyyat infrastrukturunun inkişafına 20 milyard dollar sərmayə yatıracaq.
“BNews.kz.” informasiya agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş Nazirinin investisiyalar və inkişaf məsələləri üzrə birinci müavini Jenis Kasımbek “Astana-Batumi” biznes-forumunda məlumat verib. J.Kasımbek deyib: “Bu, əsasən, Şərq-Qərb istiqamətində, o cümlədən Xəzər, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində infrastrukturdur. Biz yeni “Beyney-Jezkazqan” dəmir yolunun, habelə Çindən İran körfəzi və Qafqaz istiqamətində tranzit imkanlarını maksimum cəlb etmək üçün Çinə ikinci keçidin tikintisinə böyük vəsait yatırmışıq”. Bundan əlavə, gürcü həmkarlar Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üzrə işləri yaxın günlərdə başa çatdırmağı planlaşdırırlar. Bunun sayəsində Qafqaza böyük nəqliyyat axını cəlb olunacaq. J.Kasımbek daha sonra deyib: “Zənnimcə, bu iki layihənin həyata keçirilməsi və Aktau limanının genişləndirilməsi Qafqaz istiqamətində böyük nəqliyyat axını cəlb etməyə şərait yaradacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info