Vahid ərəb ordusu Qərbin müdaxiləsinə alternativ ola biləcəkmi?
Tarix: 30.03.2015 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Yəməndə baş verən qanlı münaqişə ərəb dövlətlərinin ortaq hərbi güc yaratmaq qərarında həlledici rol oynayıb
Ərəb dünyasında beynəlxalq terrorizmlə, o cümlədən “İŞİD”lə mübarizə aparmaq üçün ortaq hərbi qüvvələrinin yaradılması hələ uzun müddət idi ki, müzakirə edilirdi. Belə görünür ki, Ərəb Ölkələri Liqasının öz çevik hərbi qüvvələrini yaratması bölgədə münaqişələrin Qərbin müdaxiləsi olmadan, tənzimləniməsinə hesablanır.
Bölgədə təhdidlərin aradan qaldırılmasına hesablanmış birləşmiş qüvvələrin yaradılması haqqında məlumatı Misir prezidenti Abdel Fəttah əs-Sisi də təsdiqləyib. “Mən düşünrəm ki, bu, artıq elə vəziyyətdir ki, ərəb ölkələri bölgədə baş verən hansısa bir münaqişənin aradan qaldırılmasına kənardan göstəriş gözləmədən sülh və ya hərbi vasitələr yolu müdaxilə etməlidir”. Bu məsələni “RİA Novosti”yə dəyərləndirən rusiyalı şərqşünas Vladimir Sotnikov bildirib ki, artıq ərəb ölkələri tamamilə müstəqil hərəkət barədə qərar veriblər: “Ümumiyyətlə, məsələnin maraqlı cəhəti ondan ibarətdir ki, ərəb ölkələri beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsini gözləmədən münaqişəyə müdaxilə edə biləcək hərbi birlik yaratmaq istəyirlər”. Ərəb dünyasında ortaq hərbi qüvvələrin yaradılmasının uzun müddətdən bəri müzakirə edildiyini bir daha nəzərə çatdıran Sotnikov bunu gecikmiş qərar kimi qiymətləndirib: “Onsuz da Amerika ordusu “İŞİD”ə qarşı quru hərbi əməliyyat aparmayacaq. Ona görə də əsas yük yenə də ərəb dövlətlərinin üzərinə düşür. Bəlkə də elə bunun nəticəsidir ki, Yəməndə baş verən qanlı münaqişə ortaq hərbi güc yaratmaq qərarında həlledici rol oynayıb. Ümumərəb qüvvələrinin yaradılmasının hansı effekt verəcəyini yaxın gələcəkdə görəcəyik”. Bununla belə rusiyalı şərqşünasın özü üçün də bu məsələdə bəzi nüanslar qaranlıq olaraq qalır: “Amma burada da maraqlı sual meydana çıxır- görəsən, ərəb ölkələri hər hansı bir addımı atacaqları təqdirdə beynəlxalq və ya regional təşkilatların razılığını alacaq, yoxsa, müstəqil qərar qəbul edəcək?”. Haşiyə çıxaraq qeyd edək ki, bəzi ekspertlərə görə, yaranmaqda olan “vahid ərəb ordusu”nun əsas qüvvələrini Misir və Səudiyyə Ərəbistanının qoşunları təşkil edəcək. Belə görünür ki, onların əsas potensial düşməni İran və onun müttəfiqləri olacaq. Suriya dövlətinin də dəvətli olmadığı bu ordu üçün əsas modelin məhz NATO olacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info