Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
Tarix: 31.03.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilati dəstəyi ilə burada Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Təqdimatda Rusiyanın Şimal paytaxtının aparıcı jurnal, qəzet və informasiya agentliklərinin 12 jurnalisti iştirak edib. Konsulluğun mətbuat xidmətindən bildiriblər ki, baş konsul Elşad Qulamov Azərbaycan iqtisadiyyatının tərkib hissələrindən biri olan turizmdən, dövlətin bu sahəyə diqqətindən və keçirdiyi islahatlardan danışıb.
Diplomat bildirib ki, Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi abidələri, əlverişli iqlimi, qış-yay kurortları və müalicəvi turizm sanatoriyaları, habelə şaxələndirilmiş infrastrukturu turizmin inkişafı üçün geniş imkanlar açır. O vurğulayıb ki, ölkə rəhbərliyinin ölçülüb-biçilmiş və düşünülmüş siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Baş konsul ölkənin iqtisadiyyatı və turizm sahəsi ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab verib. Tədbirdə jurnalistlərə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Odlar yurdu Azərbaycan” mövzusunda təqdimat olub. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalanıb. Bu da Azərbaycanın təbii sərvətlərini dünya bazarlarına ixrac etməyə imkan verib. Müasir Azərbaycanda Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatla bərabər, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və gənclər siyasəti məsələlərinə böyük diqqət yetirilir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın köməyi və dəstəyi ilə getdikcə daha çox yeni uğurlu layihələr həyata keçirilir.
Qonaqlara Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlərdən, o cümlədən bu ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından söz açılıb. Həmin idman yarışını yüksək səviyyədə keçirmək üçün M.Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən Bakıda və ölkənin regionlarında ən yüksək Avropa standartlarına cavab verən idman kompleksləri və stadionlar inşa edilib. Baş konsulluğun təşəbbüsü ilə keçirilən tədbir Sankt-Peterburqun turizm məsələlərində ixtisaslaşan KİV-lərdə işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info