Brüsseldə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Tarix: 31.03.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Avropadakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçirib. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən aksiyanın məqsədi, azərbaycanlılara və türklərə qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirilmiş terror və soyqırımı aktları, "erməni soyqırımı" iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olub.
Aksiya Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Hannover Xəzər Cəmiyyəti, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Aksiyada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti, “Odlar Yurdu” Cəmiyyəti, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Atatürkçü Düşüncə Dərnəyinin nümayəndələri də fəal iştirak ediblər. Təxminən iki saat davam edən aksiyaya Azərbaycan və Türk diasporunun 400 nəfərdən çox nümayəndəsi qatılıb.
Aksiya iştirakçıları əvvəlcə Brüsseldə Avropa Parlamentinin binası qarşısına - Lüksemburq meydanına toplaşıblar. Mitinqin moderatoru Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov aksiyanın məqsədi barədə məlumat verib.
Sonra BAK sədri Sahil Qasımov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz, Hannover Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev çıxış edərək beynəlxalq ictimaiyyəti bəşəriyyətin ümumi bəlası – terrora qarşı öz gücünü birləşdirməyə çağırıblar. Diaspor rəhbərləri 1905-ci ildən bəri Anadoluda və Cənubi Qafqazda yaşayan türklərin erməni millətçiləri tərəfindən soyqırımı və deportasiyalara məruz qaldığını diqqətə çatdırıblar. Çıxışlarda 1918-ci ilin mart soyqırımında erməni millətçilərinin Bakı, Şamaxı, Quba, Muğan, Lənkəranda 50 mindən artıq azərbaycanlı, habelə yəhudi, ləzgi, tat və digər milli azlıqların yüzlərlə nümayəndəsini qətlə yetirdiyi, evlərini talan etdiyi, on minlərlə insanı yurd-yuvasından didərgin saldığı vurğulanıb.
Çıxışlardan sonra aksiya iştirakçıları “Terror bəşəriyyətin ümumi bəlasıdır!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Xocalıya Ədalət - Qarabağa Azadlıq!”, “İşğalçı Ermənistan, Dağlıq Qarabağı tərk et!” "Azərbaycanlı girovlara azadlıq!", kimi şüarlar səsləndirərək, Brüsselin mərkəzi küçələri ilə Ermənistanın Belçika Krallığındakı səfirliyinə doğru yürüş ediblər.
Ermənistan səfirliyi qarşısında davam edən mitinqdə Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov aksiya iştirakçıları adından çıxış edərək, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını, onminlələ insanın qətlə yetirilməsinə səbəb olduğunu vurğulayıb. Sonra “Ana Vətən” Qadınlar Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva etiraz aksiyası iştirakçıları adından qəbul olunmuş bəyanatın mətnini oxuyub. Bəyanatda erməni diasporu tərəfindən 1915-ci ildə baş verən hadisələrin “erməni soyqırımı” kimi tanıdılmasına etiraz ifadə olunur və məhz Anadolu və Cənubi Qafqaz türklərinin soyqırıma məruz qaldığı vurğulanır. Sənəddə qeyd olunur ki, erməni diasporu və lobbisinin heç bir real tarixi mənbəyə əsaslanmayan "soyqırımı" iddiaları regionda sülh və sabitlik, xalqlar arasında qarşılıqlı dialoq və anlaşma üçün təhlükədir. “Biz- Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığımızı ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırırıq”.
Bəyanatda həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən "Böyük Ermənistan" xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info