“Bakı-2015”-in kamandan oxatma yarışlarına qatılacaq ölkələrin siyahısı açıqlanıb
Tarix: 31.03.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarının kamandan oxatma yarışlarına qatılacaq ölkələrin siyahısı açıqlanıb.
Yarışa 11 ölkə 6 idmançı (3 kişi, 3 qadın) ilə qatılmaq hüququ əldə edib.
Belə ki, Azərbaycan “Bakı-2015”də ev sahibi kimi həm kişilərin, həm də qadınların mübarizəsində 3 oxatanla gücün yoxlayacaq. Yığmamız kimi Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna da həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün 3 kvota yerinə yiyələniblər.
Bu ölkələrdən fərqli, Sloveniya və Norveç kişilərin, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrə isə qadınların yarışına 3 oxatanla qatılacaq.
Digər ölkələrə gəldikdə, onlar maksimum 2 idmançı ilə paytaxtımıza gələ biləcəklər. Kişilərin yarışına Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya, Kosovo və Serbiyaya 1 oxatanla qatılmaq hüququ verilib.
Qadınların mübarizəsində isə Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litvaya 1 kvota verilib.
Beləliklə, ümumilikdə 128 (64 kişi, 64 qadın) oxatan 5 dəst medal uğrunda dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, kamandan oxatma yarışı iyunun 17-22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info