“Azərbaycan istənilən təhdidə hüquqi-siyasi yolla cavab verməyə hazırdır”
Tarix: 31.03.2015 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək Birinci Avropa Oyunları yaxınlaşdıqca daxili və xarici düşmənlər baş qaldırmağa cəhd edir. Azərbaycana qarşı bu qarayaxma kampaniyasında erməni lobbisinə dəstək verən bəzi xarici dairələr də yaxından iştirak edir. Bunu “Trend”ə açıqlamasında millət vəkili Fuad Muradov bildirib.
Parlament üzvü qeyd edib ki, əsası olmayan, yersiz ittihamlar bir sıra siyasi dairələrin Azərbaycana qarşı təzyiq vasitəsidir: “Lakin görünən odur ki, bu cür mənasız ittihamlar yerindəcə iflasa uğrayır. Amma qəribə bir tendensiya yaranıb. İstər daxildən, istərsə də xaricdən Azərbaycanı ləkəmək üçün sanki yarış keçirilir. Hətta bütün dünyada neftin qiymətinin azalması, dolların kursunun qalxması kimi hadisələri də Avropa Oyunları ilə əlaqələndirirlər. Yaxud qəfildən avropalılar üçün həssas olan mövzularla “heyvansevərlərin”, “əlillərə qayğı göstərənlərin” ortaya çıxması və qısa zaman kəsiyində bu cür cılız “qara piar”ın əsl mahiyyətinin aydın olması sübut edir ki, bu prosesdə konkret qüvvələrin, o cümlədən erməni lobbisinə dəstək verən müəyyən xarici dairələrin də yaxından iştirakı var.”
Azərbaycanın müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran millət vəkili qeyd edib ki, müxtəlif beynəlxalq konvensiyalara qoşulmaq o demək deyil ki, hansısa “təşkilatlar” Azərbaycanın daxili işinə qarışa bilər: “Bir sıra təşkilatlar, hətta illərdir Azərbaycan haqqında bir kəlmə deməyənlər bu gün bizdə nöqsan axtarışına çıxıblar. 20 faiz ərazisi işğalda olan və aşkar şəkildə hüquqları Ermənistan tərəfindən pozulan ölkəmizin haqq işinə bir dəfə də olsun dəstək verməyənlər indi Azərbaycanda “hüquq pozuntuları” axtarırlar. Əslində, bunun mahiyyəti göz qabağındadır. Dünyadakı erməni diasporundan aldığı maliyyə müqabilində bu cür absurd fikirlər səsləndirənlər anlamalıdırlar ki, ölkəmizin müstəqil siyasətinə təsir edə bilməyəcəklər. Azərbaycan istənilən təhdidə hüquqi-siyasi yolla cavab verməyə hazırdır. Eyni zamanda, Azərbaycan ictimaiyyəti də bu cür hadisələrə biganə qalmamalı, ölkəmizin milli mənafeyi naminə öz dəstəyini əsirgəməməlidir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info