İnternat evlərində göstərilən sosial xidmətlərin dairəsi genişləndiriləcək
Tarix: 31.03.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki internat evlərinin fəaliyyəti mütərəqqi beynəlxalq standartlara uyğun qurulmaqla, onlarda göstərilən sosial xidmətlərin dairəsi, habelə reabilitasiya yönümlü işlər genişləndiriləcək. Bununla əlaqədar, ƏƏSMN tərəfindən həmin internat evlərinin nizamnamələrində qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirmələr aparılaraq, müasir tələblərə uyğunlaşdırılıb. Hazırda ƏƏSMN-nin tabeliyində 18 yaşdan yuxarı şəxslər üçün Şamaxı 1 saylı, Göygöl 8 saylı və Buzovna 9 saylı, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evləri fəaliyyət göstərir. Həmin internat evlərinin ötən əsrin 70-ci illərindən qalan və indiyədək heç bir dəyişiklik aparılmayan nizamnamələri bu müəssisələrdə yaşayan şəxslərə münasibətdə sovet dönəmindən qalma yanaşmaları əks etdirir, onlar üçün daha çox stasionar şəraitin təmin edilməsini, məhdud çərçivədə tibbi və reabilitasiya xidmətlərini nəzərdə tuturdu. Bundan sonra isə qeyd olunan şəxslərə göstərilən tibbi və sosial xidmətlərin çeşidləri artırılmaqla, onların çoxşaxəli reabilitasiya tədbirlərinə (peşə reabilitasiyası, əmək terapiyası və s.) cəlb edilməsi də təmin ediləcək. Eyni zamanda, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində hər bir uşaqla bağlı onun sağlamlıq imkanları məhdudluğunun ağırlıq dərəcəsinə uyğun fərdi iş planı tərtib olunacaq. Bu plan əsasında onların reabilitasiya potensialının müəyyən olunması və reallaşdırılması üçün lazımi tibbi, psixoloji və fizioterapevtik, həmçinin reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.
Yeni nizamnamələrdə ƏƏSMN-nin tabeliyindəki internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik edilib. Belə ki, nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evləri artıq “Ağıldankəm uşaqlar üçün internat evi” kimi deyil, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi”, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evləri isə artıq “Ruhi-əsəb əlilləri üçün internat evi” kimi deyil, “Psixonevroloji internat evi” adlanacaq. Onu da qeyd edək ki, son illərdə ƏƏSMN-nin sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması üçün məqsədyönlü işlər aparılıb və bu işlər hazırda da davam etdirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info