Suraxanıda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Tarix: 31.03.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Rayonda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında 29-30 mart tarixlərində rayonda təhsil alan şagirdlərə Azərbaycanlıların Soyqırımı haqqında filmin nümayişi təşkil etdirilmiş, ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılmışdır. Rayon ərazisində yerləşən tam orta məktəblərdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.
30 mart tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 317 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətindən bəhs edən filmə baxdılar.
Tədbiri giriş sözü ilə açan 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 mart – 2 apeldə Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova tədbirdə çıxış edərək qeyd etmişdir ki, xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə də Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən müdhiş hadisələrindən biri Xocalıda baş vermiş soyqırımıdır. Soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Sevinc Hüseynova vurğulamışdır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır.
Tədbirdə çıxış edən Elçin Hüseynov, Rəmayə Həziyeva qeyd etdilər ki, soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və ciyanətlərin miqyası, metodologiyası insanı dəhşətə gətirir. 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.
Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info