İlk Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix məlum oldu
Tarix: 31.03.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarının məşəli aprel ayının 26-da yandırılacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib. Nazir A.Rəhimov qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Nazir bildirib ki, sonda Oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində Olimpiya stadionunda yandırılması nəzərdə tutulur.
A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Üzümüzə gələn aprel ayında bütün idman qurğuları təhvil veriləcək. Biz gözləyirik ki, aprelin 10-a qədər su hovuz mərkəzi təhvil veriləcək. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".
Nazir əlavə edib ki, ilk Avropa Oyunlarının dünyada böyük reklam kampaniyası başlayıb, müxtəlif videoçarxlar hazırdır. Onun sözlərinə görə, Avropanın və dünyanın 34-dən çox ölkəsinin televiziya kanalları ilə müqavilə bağlanıb:
"Təkcə Çin Xalıq Respublikasında 500 milyondan artıq insan ilk Avropa Oyunlarını izləyəcək. Bu Oyunlar ölkəmizi dünyaya tanıtdırmaq üçün çox vacibdir. Gözəl açılış və bağlanış mərasimləri hazırlanır. Məncə bu, dünyada keçirilən möhtəşəm idman yarışlarının sırasında bəlkə ən gözəl açılış mərasimi olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info