DSX-da 31 mart - Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib
Tarix: 31.03.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətində (DSX) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
DSX-nın saytında yer alan məlumata görə, xidmətin Aparatında keçirilən anım mərasiminin iştirakçıları öncə erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək vurğulayıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Onun sözlərinə görə, bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olub.
Tədbirdə Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.
Anım mərasimi soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidməti Aparatının və Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti Hərbi Prokurorluqda fəaliyyət göstərən Soyqırımı Muzeyini ziyarət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info