FHN əməkdaşları Avropa İttifaqının iclasında iştirak ediblər
Tarix: 31.03.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kiyevdə keçirilmiş Avropa İttifaqının iclasında iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 23-24-də Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramının (PPRD East) 2-ci fazasının Milli Proqram Əlaqələndiricilərinin və İdarəedici Komitəsinin ilk iclası keçirilib.
İclasa Şərq Proqramına qoşulmuş tərəfdaş ölkələrin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrinə cavabdeh orqanlarının, Avropa Komissiyasının, Aİ-yə üzv dövlətlərin və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri də qatılıb.
İclasda çıxış edən Aİ Şərq Proqramının layihə direktoru Jean Francois Moret və Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə Baş İdarəsinin Mülki müdafiə siyasəti, fövqəladə halların qarşısının alınması, hazırlıq və fəlakət riskinin azaldılması üzrə idarəsinin direktoru Hans Das Aİ Mülki Müdafiə Mexanizminin Aİ-yə üzv dövlətlər və tərəfdaş ölkələr arasında təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində əməkdaşlıq üçün çərçivə olduğunu və 2014-cü ildə qüvvəyə minmiş mülki müdafiə üzrə yeni qanunvericiliyin tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradacağını qeyd ediblər.
Tərəfdaş ölkələrin nümayəndələri Aİ ilə erkən xəbərdarlıq sistemləri, elektron risk xəritələri, sənaye qəzalarının qarşısının alınması sahələrində təcrübə və mütəxəssis mübadiləsinin aparılmasının və Aİ-nin Birgə Tədqiqat Mərkəzi və “CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) Bacarıq Mərkəzləri” adlı təşəbbüsü çərçivəsində əməkdaşlığın zəruri olduğunu vurğulayıblar.
İclas layihəyə cəlb edilmiş ekspertlərin təqdimatları ilə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info