Çindən xarici QHT-lərə və qrantlara “qırmızı işıq”
Tarix: 31.03.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Çin hökuməti yeni təhlükəsizlik tədbirləri görərək xarici QHT-lərlə bağlı nəzarəti gücləndirir”

“The Guardian” Çin hökumətinin yeni təhlükəsizlik tədbirləri görərək xarici QHT-lərlə bağlı nəzarəti gücləndirməsindən yazıb. Yazıda qeyd edilir ki, Çinin təhlükəsizlik aparatı üzünü xarici QHT-lərə və onların yerli tərəfdaşlarına tutub. Prezident Xi Jinpingin milli təhlükəsizlik komissiyasından gələn yeni qanun layihəsi xarici QHT-lərin fəaliyyətini tənzimləməyi nəzərdə tutub. Bu isə Çində diskriminasiya, sağlamlığın və təhsilin inkişaf etdirilməsi, işçilərin hüquqlarının müdafiəsi adları altında fəaliyyət göstərən xarici QHT-ləri və onların yerli tərəfdaşlarını əməllicə təşvişə salıb. Qanun layihəsi ilə bağlı yerli müdafiəçilər narahatçılıqlar və həbslərdən qorxurlar. Xaricilər isə fəaliyyətlərinə məhdudiyyətlər tətbiq ediləcəyindən və ölkədən QHT fəaliyyətinə görə çıxarılacaqlarından ehtiyatlanırlar. Qeyd edək ki, hələ ictimai müzakirəyə çıxarılmayan qanun layihəsi sənədinin surəti ABŞ-ın “Washington Post” qəzeti tərəfindən əldə edilib.
Yazıda daha sonra bildirilir: “ Çinin mülki cəmiyyət üzərində sərt tədbirlər görməsi qismən Prezident Xinin ideyası və nəzarəti çərçivəsində baş verir. Həm də bu, Çinin birpartiyalı sisteminin devrilməsi üçün xaricilərin gizlicə sui-qəsd planları hazırlaması ilə bağlı qorxudan irəli gəlir. Bu məsələ Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Rusiyada da bənzər tədbirlər görülməsinə səbəb olub.

“Xarici QHT-lər və onların yerli tərəfdaşları milli təhlükəsizliyi təhdid edən və Çin “sosial dəyərlərinə” zidd olan heç bir addım atmamalıdırlar. Həmçinin, xarici QHT-lər müvafiq qurumlara hesabat xarakterli fəaliyyət planı və büdcə təqdim etməlidirlər ki, bu cür sənədləri təsdiqlənsin”

Arlingtonda, Virciniyada yerləşən “Project 2049 Institute” beyin mərkəzinin tədqiqatçısı Julia Famularo bildirir: “Çin liderləri iddia edirlər ki, bu sahədə Qərb dövlətlərinin başlıca məqsədləri QHT-lərin Çin Kommunst Partiyasının çökməsində dirijorluq etmələridir. Pekin və Moskva liderləri nələrsə edəcəklər ki, stabilliyi partladan və hökumətlərinin uzunömürlülüklərini təhdid edən potensial rəngli inqilablardan qorunsunlar”.
Yazıda daha sonra qeyd edilir ki, sözügedən yeni qanun ötən dekabrda Çin parlamentinin komitəsi olan Xalq Milli Konqresində təqdim edilib. Konqresin sözçüsü xanım Fu Ying bildirib ki, qanun, Çinin “milli təhlükəsizliyini və sosial stabilliyini” mühafizə etməklə bərabər, xarici QHT-lərin “qanuni maraqlarını” qorumağı hədəfləyir: “Amma qanun layihəsinə düzəlişlər edilə biləcəyinə və onun nə dərəcədə ciddiyyətlə həyata keçirilib-keçirilməyəcəyinə baxmayaraq, sənədin əldə edilmiş surəti deməyə əsas verir ki, burada əsas diqqət təhlükəsizlik məsələlərinə yönəldilib. Belə ki, xarici QHT-lər onlarla məşğul olan mülki işlər üzrə nazirliyin nəzarətindən çox, ictimai təhlükəsizlik bürosunun nəzarətinə veriləcək. Qeydiyyatdan keçmək üçün onlar özlərinə sponsorluq edəcək hökumət agentliyi tapmalıdırlar.
Onlar milli təhlükəsizliyi təhdid edən və Çin “sosial dəyərlərinə” zidd olan heç bir addım atmamalıdırlar. Həmçinin, xarici QHT-lər müvafiq qurumlara hesabat xarakterli fəaliyyət planı və büdcə təqdim etməlidirlər ki, bu cür sənədləri təsdiqlənsin”.
Bildirilir ki, hökuməti destabilləşdirmək istəyən QHT-ləri dayandırmaq və onların fəallarını həbs etmək üçün təhlükəsizlik rəsmilərinə sözügedən qanun çərçivəsində səlahiyyət veriləcək.
Yazıda daha sonra xarici QHT-lərlə əməkdaşlıq edən yerli QHTnümayəndələrinin qanun layihəsi ilə bağlı ciddi narahatlıqları da verilib. Bir neçə belə Çin QHT nümayəndəsi xarici QHT-lərlə əməkdaşlıq məsələsində və ümumiyyətlə, bu sahədə fəaliyyətdə çətinlik çəkəcəklərini, başqa sözlə, xarici qrant kanallarınnı kəsiləcəyini müxtəlif əsaslarla ifadə edib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info