V.M.Khumalon: “İstəyirik ki, neft sənayesi üzrə təhsil alan tələbələrimiz çox olsun”
Tarix: 31.03.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Cənubi Afrika Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalon başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq oldu. Səfirin rəhbərlik etdiyi heyətlə görüşdə ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov, Tərbiyə işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov iştirak etdilər. Qeyd edək ki, səfiri Cənubi Afrikanın Sənaye və elmi tədqiqat mərkəzinin təmsilçiləri, eləcə də Cənubi Qafqazda müdafiə sənayesi üzrə ekspert və səfirliyin digər nümayəndələri müşayiət edirdi. V.Qurbanov görüşdə qonaqlara təhsil müəssisəmiz haqqında qısa məlumat verdi. O, tarixi ənənəyə malik olan bu təhsil ocağının hər zaman yetişdirdiyi yüksək keyfiyyətli ixtisaslı kadrları ilə öyündüyünü vurğuladı və dünya şöhrətli məzunlarımızın adlarını diqqətə çatdırdı. Görüş iştirakçıları ADNA və Cənubi Afrika arasında elm və təhsillə bağlı ikitərəfli əməkdaşlıqların genişlənməsi istiqamətində fikir mübadiləsi aparmaqla yanaşı, bir sıra təkliflərlə çıxış etdilər. V.Qurbanov ADNA-nın müəyyən göstəricilərini özündə əks etdirən bukletləri qonaqlara təqdim etdi. O, ADNA-da geniş profilli elmi tədqiqat laboratoriyaların olduğunu deyərək, gələcəkdə Cənubi Afrikanın elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıqların qurulması imkanlarını mümkün saydı. Səfir Vika Mazvi Khumalon Azərbaycanda parlament, nazirlər səviyyəsində bir sıra görüşlərin keçirilməsini planlaşdırdıqlarını qeyd edərək, görüşlərə ilk olaraq ADNA-dan başladığını dedi. O, Cənubi Afrika ilə ADNA arasında qurulan əlaqələri yüksək dəyərləndirdi. Vika Mazvi Khumalon ADNA-ya gəlişinin üç əsas məqsəd daşıdığını diqqətə çatdırdı. Səfirin sözlərinə görə, əsas məqsədlərdən biri ADNA ilə olan yaxşı münasibətləri təzələmək, Cənubi Afrikadan gələn tələbələrin burada peşəkar şəkildə hazırlanmasının inkişaf etdirilməsinə nail olmaqdır: “Siz ixtisaslı kadrların yetişdirilməsində çox böyük nəticələrə maliksiniz. Biz istəyirik ki, Cənubi Afrikadan gələn tələbələr arasında neft sənayesi üzrə təhsil alanların sayı çox olsun. Çünki Cənubi Afrikada neft kəşfiyyat işləri geniş vüsət almaqdadır. Cənubi Afrika gənclərini əsasən də qaz və neft sənayesi üzrə cəlb etmək üçün sizdə Təqaüd Proqramları var. Hesab edirəm ki, sizin təkliflər bizim elmi tədqiqat sahəsində çalışan nümayəndələrimiz üçün də maraqlı olacaq. Eyni zamanda, biz sizə Cənubi Afrikada partnyor universitet təklif edə bilərik ki, sizinlə əməkdaşlıq etsin. Vika Mazvi Khumalon dedi ki, belə görüşlərin keçirilməsində digər məqsədlərdən biri Azərbaycan sənayeləri ilə tanış olmaq və gələcəkdə əməkdaşlığın daha geniş şəkildə qurulmasına imkan yaratmaqdır. O, məqsədlərdən birinin hökumətlə görüşmək olduğunu dedi. Səfirin sözlərinə görə, Azərbaycanda xarici işlər, enerji şöbələri ilə görüşləri olacaq və bu, Azərbaycanla Cənubi Afrika arasında münasibətləri daha da möhkəmləndirmək üçün bir növ kiçik tapşırıq rolunu oynayacaq. Səfir bu mənada ADNA-dan Cənubi Afrika, eləcə də Azərbaycan üçün sərfəli yeni təkliflər gözlədiyini, mövcud təkliflərin isə konkretləşdirilməsini mühüm saydı. ADNA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov ölkəmizin neft-qaz sənayesində çalışan bir çox nazirlərin, görkəmli mütəxəssislərin ADNA məzunları olduqlarını qeyd edərək, səfirin diplomatik görüşlərinə məhz bu təhsil müəssisəsindən başlamasını təsadüfi saymadı və bunu uğurlu addım kimi qiymətləndirdi. R.Camalov Cənubi Afrika gənclərinin ADNA-da təhsil almaları üçün istər müəyyən proqramlar, istərsə də dövlət səviyyəli danışıqların aparılmasını əhəmiyyətli saydı və bu yöndə müsbət nəticələrin əldə olunacağına inandığını vurğuladı. Görüşün sonunda V.Qurbanov səfir Vika Mazvi Khumalona ADNA-ya həsr olunmuş kitab hədiyyə etdi. Səfir isə V.Qurbanova Cənubi Afrikanın milli mədəniyyətini özündə əks etdirən toxunma ilə işlənmiş cam hədiyyə etdi. Qonaqlarla xatirə şəkli çəkdirildi. Sonra qonaqlar prorektor Qasım Məmmədovun müşayiətilə ADNA-nın tarix muzeyində oldular. Səfir muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı. Qonaqlar görüşdən məmnunluq ifadə edərək Tarix muzeyində xatirə şəkli çəkdirdilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info