“ASAN xidmət“ Avropaya nümunə kimi təqdim edildi
Tarix: 31.03.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romada səfərdədir. Səfərin əsas məqsədi, sosial innovasiya, ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Bu barədə “Palitra”ya Şuranın mətbuat xidmətindən bildirilib.
İlk tədbir Şuranın dəstəyi və İtaliyanın "Vision" təşkilatı təşkilatçılığı ilə "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN" nümunəsi" mövzusunda keçirilib.
Konfransda çıxış edən İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Veronika Nikotra ölkəsində vətəndaşlara xidmət sahəsində yerli dövlət strukturlarının fəaliyyətindən, Avropa təcrübəsindən və müvafiq istiqamətdə daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. Veronika Nikotra keçirilən tədbiri sosial xidmətlərlə bağlı Azərbaycanın əldə etdiyi uğurları müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.
Tədbirin mühüm əhəmiyyətini vurğulayan Şura sədri Azay Quliyev qeyd edib ki, konfrans Azərbaycandakı elektron hökumət təcrübəsini müzakirə etmək və mövcud qarşılıqlı əməkdaşlığı paylaşmaq baxımından əlverişli imkan yaradır.
Şura sədri şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılmasının dövlətin qarşısında duran əsas hədəflərdən olduğunu deyib və son illərdə Azərbaycanda elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğunu vurğulayıb: "2012-ci ildə ölkə prezidentinin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) yaradılması bunun məntiqi davamıdır. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. ASAN xidmət modeli eyni çətir altında 30 dövlət xidmətini həyata keçirən Azərbaycanın uğurlu xidmət modelidir. Şadıq ki, Azərbaycanın e-hökumət sahəsində əldə etdiyi uğurlar digər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bu modeli Avropalı tərəfdaşlarımızla paylaşmaqdan məmnuniyyət duyuruq".
Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin "ASAN xidmət" mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb.
İtaliyanın Piza şəhərinin meri Marko Filipeski Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirib. Mer M. Filipeski vurğulayıb ki, əhaliyə daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün belə bir strukturun qurulması müsbət nəticələr verəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli "ASAN xidmət" mərkəzlərinin yaradılması və onların vətəndaşlara operativ, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib: "Hazırda 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər - Sumqayıt, Gəncə Sabirabad və Bərdədə olmaqla 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq vətəndaşa xidmət göstərilib".
Konfransa yekun vuran millət vəkili Azay Quliyev müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın “ASAN” təcrübəsinın nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib. Təklif konfrans iştirakçıları tərəfindən qəbul edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info