“Bakı-2015”də kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub
Tarix: 31.03.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları məlum olub.
Yunanıstanın Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışlarında Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər. Kamandan oxatma yarışları Avropa Oyunları üçün son təsnifat yarışı olub. “Bakı-2015” yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişilər və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün üç kvota yerinə malikdir. Sloveniya və Norveç “Bakı-2015” Avropa Oyunları zamanı kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında iştirak üçün üç yer qazanıb. Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə edib. Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer) “Bakı-2015” Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yerinə sahib olublar. Qadınlar arasında keçiriləcək kamandan oxatma yarışları üçün Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer) bir kvota yeri qazanıblar. Qran-pri oyunlarına gəldikdə, Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yeri italiyalı oyunçular qazanıblar. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutub. Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu ukraynalı Markiyan İvaşko əldə edib. İtaliyalı David Paskualikki gümüş medalın, Marko Morello isə bürünc medalın sahibi olub. Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus olub. Həmin yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələnib. Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi isə Gürcüstan olub. Yunanıstan ilə İtaliya isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb. Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna qazanıb. Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medala yiyələnib. Yarışın bu növü “Bakı-2015” Avropa Oyunları zamanı da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info