“Norveçlə oyunda sürpriz edə bilərik”
Tarix: 31.03.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


“Biz Xorvatiyaya qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. “Avro-2016”nın seçmə mərhələsində Malta üzərində qazanılan qələbədən (2:0) danışan 46 yaşlı mütəxəssis Norveç və Xorvatiya ilə keçiriləcək oyunlar barədə sualları da cavablandırıb:
- Azərbaycanda olmaqdan məmnunsunuz?
- Əlbətdə, çox məmnunam. Belə olmasaydı, burda olmazdım.
- Malta üzərində qələbə haqda nə deyə bilərsiniz?
- İlk hissədə çox yaxşı oynadıq. Azərbaycan millisi seçmə mərhələnin ardıcıl dörd oyununda məğlub olmuşdu. Bu durumda qələbə qazanmaq asan deyil. Bu qələbə komandada özünəinamı qaytarmaq baxımından çox əhəmiyyətlidir. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. İkinci hissədə qələbəni əldən verməkdən qorxduq. Bu da normal haldır. Malta zəif komanda deyil. Xorvatların onlara qarşı necə çətinlik çəkdiklərini hamı gördü. Yaxşı müdafiə olunurlar. Hücum xəttində isə Nigeriya əsilli Alfred Effionq rəqibə çətin anlar yaşada bilir.
- Azərbaycan millisində debüt edən futbolçular ümidlərinizi doğrultdularmı?
- Bəzi futbolçular məndən öncə yığmada olmayıblar. Onlara şans vermək qərarına gəldim. Həmin oyunçular milliyə dəvət edilməyə layiqdirlər. Bu tempdə davam etsək, Norveçlə oyuna hazır olacağıq. İnanıram ki, həmin görüşdə sürpriz edə bilərik.
- Xorvatiya millisi Norveçi asanlıqla məğlub etdi. Bu hesab sizin üçün gözlənilməz olmadı ki?
- Etiraf edirəm ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağına bir az təəccübləndim. Fikrimcə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridir və onların qələbəsi gözlənilən idi. Xorvatiya millisi favoritlər arasında yer alan komandalardandır.
- "Avro-2016"nın seçmə mərhələsində sentyabrda Xorvatiya yığmasını qəbul edəcəksiniz. İlk oyunda Azərbaycan millisi Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşdu. Yəqin ki, budəfəki matç fərqli olacaq.
- Şübhəsiz ki, Xorvatiya həmin qarşılaşmanın favoritidir. Ancaq əminəm ki, biz rəqibə qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info