Binəqədidə “Tarixin soyqırımı” adlı tədbir keçirilib
Tarix: 31.03.2015 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Mart ayının 31-də Binəqədi rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilib.
YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən “Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi”nin rəhbəri Göksal Gülbəy, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının vitse-prezidenti Cavidan Şərbətov, Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin sədri İradə Rzazadə, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım tədbiri YAP-ın Binəqədi rayon təşkilatının inzibati binasının foyesində 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş etdirilməsi ilə başlayıb. Soyqırımı faciələrini əks etdirən filmin nümayişi ilə davam edən tədbiri giriş nitqi ilə YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açmış, 31 Mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə Fəaliyyət göstərən “Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi”nin rəhbəri Göksal Gülbəy çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etmiş, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıblar.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnakları repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğulayıb.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışmış, bu qanlı olaylara ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib. Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info