“Avrozona siyasi arenadan silinə bilər”
Tarix: 31.03.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Endrö Bosomuort: “Avrozona dayanıqlı struktur olmadığından
yaşamaq üçün “Avropa Birləşmiş Ştatları”na çevrilməlidir”


Amerikanın PIMCO investisiya şirkətinin vitse-prezidenti Endrö Bosomuort hesab edir ki, avrozona ölkələri ya “Avropa Birləşmiş Ştatları”na çevrilməli, ya da siyasi arenadan silinməlidir. Onun iddiasına görə, avrozonanın indiki mövcudluğu heç bir xoş gələcək vəd etmir.
O, bu fikirlərini “The Telegraph” nəşrinə bildirib: “Avrozonada indiki məqamda qeyri-sabitlik dir. Avrozona dayanıqlı struktur olmadığından yaşamaq üçün “Avropa Birləşmiş Ştatları”na çevrilməlidir. Tarixi dərslər göstərir ki, bu gün Avropa dövlətlərinin birləşdiyi struktur həyat qabiliyyətli deyil. Hələ indiyə qədər tarixdə belə fakt olmayıb ki, mərkəzləşdirilmiş pul və maliyyə siyasəti ilə fəaliyyət göstərən birlik uzun müddət fəaliyyət göstərsin”. Vitse-prezident əminliklə iddia edir ki, Avropada keçirilən son seçkilər bir daha sübut etdi ki, valyuta bloku avropalılar arasında artıq dəstəyini itirməkdədir. Uzun müddət ərzində vahid valyutaya dəstək olmaması bu ölkələrin ərazisində kiçik siyasi partiyaların çoxalmasına və əhəmiyyətli bir siyasi qüvvəyə çevrilməsinə şərait yaradıb. Bosomuort misal kimi Yunanıstanda yeni hökumətin formalaşmasını göstərib. Amerikalı investorun fikrincə, Avropada böhranlı vəziyyət yaranıb: “İnsanların avro zonasında baş verənlərlə bağlı narahatlığına göz yummaq olmaz. Artıq vahid pul birliyi “suverenlik ilə uyğun gəlmir”. Ona görə də maliyyə səlahiyyətlərinin bölgüsü barədə siyasi razılığa gəlmək lazımdır. Lakin biz bu məsələ ilə bağlı vahid konsepsiyaya sahib olmaqdan çox uzağıq”. Analitik belə hesab edir ki, vəziyyətdən çıxış yolu “Avropa Birləşmiş Ştatları”nı yaratmaq ola bilər: “Biz hələ ki, Avropada vahid hökumət, pasport, ordu yaradılması istiqamətində təşəbbüs görmürük. Amma hakimiyyətlər bu istiqamətdə aktivlik göstərsələr, yaxşı olar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info