Pol Kreyq: “Bu gün dünyada ən çox hərbi cinayətlər törədən dövlət ABŞ-dır”
Tarix: 31.03.2015 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Birləşmiş Ştatlar hədəfə aldığı dövləti və ya lideri əvvəlcə “marginallaşdırır”, “iblisləşdirir”. Bunun ardınca “azadlıq və demokratiya” uğrunda savaş adı altında hərbi təcavüz aktı həyata keçirilir”

Amerikalı politoloq Pol Kreyq Roberts ölkəsinin dünya siyasətində oynadığı mənfi rol və çoxlu hərbi cinayətlər törətməsi ilə bağlı maraqlı açıqlamalar verib. Özünün şəxsi saytında “Yaxın Şərq Holokostu” adlı məqalə ilə çıxış edən politoloq qeyd edib ki, Birləşmiş Ştatların özündən sonra qoyub getdiyi qurbanlar və dağıntılar bir daha təsdiqləyir ki, ABŞ dünyada ən böyük hərbi cinayətkardır.
Ekspert məqaləsində yazır: “Birləşmiş Ştatların hərbi təbliğatı dünya sisteminin mövcudluğu üçün ciddi təhlükə yaradır. Məsələ ondadır ki, Birləşmiş Ştatlar bu siyasətlə ondan müstəqil şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün sülhyaratma missiyalarını məhv edir. ABŞ-ın dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi hərbi təcavüz nəticəsində dinc sakinlər arasında ölənlərin sayını hesablasaq, onda Birləşmiş Ştatları dünyanın ən böyük hərbi cinayətkar dövləti adlandırmaq olar”. Ölkəsinin siyasətini incəliklə təhlil edən ekspert rəsmi Vaşinqtonun bu siyasəti necə həyata keçirdiyini də ifşa edib. O, məqaləsində qeyd edib ki, Birləşmiş Ştatlar hədəfə aldığı dövləti və ya lideri əvvəlcə “marginallaşdırır”, “iblisləşdirir”.

“ABŞ əhalisi və onun müttəfiqləri anlamalıdır ki, Vaşinqton, sadəcə olaraq, doğru danışmağa qadir deyil. İraqa, Əfqanıstana, Liviyaya, Suriyaya, Somaliyə, Ukraynaya baxın. Vaşinqtondan həmin ölkələrə dağıntıdan başqa heç nə qalmayıb. Görəsən, növbəti qurban kim olacaq?”

Bunun ardınca “azadlıq və demokratiya” uğrunda savaş adı altında hərbi təcavüz aktı həyata keçirilir: “İraqda baş verənlər soyqırımıdır. Ümumilikdə, İraq kampaniyası təkcə bu ölkəni deyil, bütövlükdə Yaxın Şərqi məhv etdi. Yeni konservatorlar soyqırımına və özlərinin yaratdığı qeyri-qanuni rejimlərə haqq qazandırır. Bunu ona görə edirlər ki, özlərinin yaratdığı terrorçuları məhv edərək hərbi cinayətlərinə haqq qazandıra bilsinlər. ABŞ-ın hərbi təbliğatının intensivliyi dünyanı dağılmağa doğru aparır. Əgər Rusiya prezidenti Putin ABŞ-ın fasiləsiz şəkildə Moskvanın bütün dediklərini rədd etdiyini bildirirsə, onda intensiv hərbi təbliğatın qarşısını necə almaq olar? Rusiyanın bütün sülh təkliflərinə ABŞ hərbi döyüş təbili çalmaqla cavab verir. ABŞ əhalisi və onun müttəfiqləri anlamalıdır ki, Vaşinqton sadəcə olaraq, doğru danışmağa qadir deyil. İraqa, Əfqanıstana, Liviyaya, Suriyaya, Somaliyə, Ukraynaya baxın. Vaşinqtondan həmin ölkələrə dağıntıdan başqa heç nə qalmayıb. Görəsən, növbəti qurban kim olacaq?”.
Oxşar məsələyə digər amerikalı politoloq Deniel Makadams da münasibət bildirib. Onun sözlərinə görə, ABŞ indiyə qədər Suriya prezidenti Bəşər Əsədi öz xalqını guya məhv etməkdə ittiham edirdi. Amma bu gün Yəmən ərazisinin bombalanmasını istəyən prezident Hadiyə dəstək verir: “Belə ikili standart dünyanın başqa heç bir dövlətində yoxdur. ABŞ-ın Yəmən və Suriya siyasəti bu ölkənin ikili standartlarını ortaya qoyur. Amerika hökuməti özünə sərf edən arqumentlərə işarə edir. ABŞ və Böyük Britaniya Suriyanın daxili işinə müdaxiləni guya Əsədin öz xalqını qırması ilə əsaslandırır. Guya Əsəd öz xalqını bombalayır. Amma devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçan Yəmən prezidenti Hadi öz ölkəsinin və xalqının bombalanmasının davam etdirilməsinə dəfələrlə çağırış edib. Bütün bunlar isə ABŞ və Britaniyanın dəstəyi ilə baş verir. Təəccüblü odur ki, Birləşmiş Ştatlar Yəmənə bomba atan Səudiyyə Ərəbistanını dəstəkləyir. Bu bombardmanlar nəticəsində onlarla dinc insan həyatını itirib. Dünyada heç bir dövlət ABŞ kimi ikili standart siyasəti həyata keçirmir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info