Avropada iş yerlərinin azalması davam edir
Tarix: 01.04.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Aparıcı Avropa və ABŞ bankları ötən il strukturun yenidən qurulması və xərclərin azaldılması ilə əlaqədar 59 min iş yerini ixtisar edib. Proqnozlara görə, məhz Avropa bankları kəskin rəqabətdən ziyan çəkən rentabelliyi artırmaq üçün 2015-ci ildə ixtisarları davam etdirəcək.
Analitiklərin sözlərinə görə, xüsusilə avro zonasında fəaliyyət göstərən Avropa bankları dünyada zərərlə işləyən maliyyə təsisatları kimi qaldıqlarına görə ştatı azaltmaqda davam edəcək. Avropanın on səkkiz böyük bankı 2014-cü ildə ümumilikdə 21500 iş yerini ixtisar edib. Öz növbəsində altı iri ABŞ bankı ştatda 37500 iş yerini azaldıb. Məsələn, “Barclays” bankı ötən il 19 min nəfərin üç il ərzində azaldılması üzrə plan çərçivəsində 7300 nəfəri və ya hər yeddinci əməkdaşı işdən azad edib. Bu, banka ildə 2,4 milyard funt-sterlinq (3,6 milyard dollar) qənaət etməyə imkan verəcək. Ötən il ixtisar sayəsində daha çox ABŞ, Böyük Britaniya, İtaliya və İspaniya bankları qənaət edib. Bankların ştatı azaltmasının daha bir səbəbi əksər istehlakçıların mobil və onlayn bankçılıq xidmətlərinə keçməsidir. “Citi” şirkəti analitiklərinin qiymətləndirməsinə görə, maliyyə xidmətləri sahəsində iş yerlərinin 54 faizindən çoxu yüksək risk zonasındadır.
Nigar





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info