“Dünya səviyyəli möhtəşəm bir açılış mərasimi keçiriləcək”
Tarix: 01.04.2015 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


“Bakı Olimpiya stadionunda İlk Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri sürətlə davam etdirilir. İnanırıq ki, burada dünya səviyyəli möhtəşəm bir açılış mərasimi keçiriləcək”
. Bu barədə Bakı Olimpiya Stadionunun tikinti işləri üzrə baş meneceri Ron Kameron jurnalistlərə deyib. R.Kameron qeyd edib ki, açılış mərasimini izləyən bütün tamaşaçılar buna heyran olacaq. O bildirib ki, stadion Oyunlar başlayana qədər tam hazır vəziyyətdə olacaq. R.Kameronun sözlərinə görə, stadionda əsas işlər tam yekunlaşıb, hazırda landaşftın hazırlanması, təmizləmə işləri daxil olmaqla bir sıra işlər həyata keçirilir.
R.Kameron Bakı Olimpiya Stadionunun dünya stadionlarından fərqindən də danışıb. O qeyd edib ki, Bakı Olimpiya Stadionu dünya olimpiya stadionlarından bir sıra üstünlükləri ilə fərqlənir: "Stadionda oturacaqlar oyun sahəsinə yaxın məsafədə yerləşdirilib ki, bu da tamaşaçılara yarışları daha yaxından izləmək imkanı verir". R.Kameron vurğulayıb ki, stadionda ən müasir texnologiyalardan istifadə edilib. Onun sözlərinə görə, stadionda müasir təhlükəsizlik, işıqlandırma, nəzarət, səs sistemləri quraşdırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info