Andranik Qriqoryan: ”Rəhbərlərimiz bizi aldadır”
Tarix: 01.04.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan tərəfə könüllü keçən hərbi qulluqçusu Andranik Qriqoryanın video görüntüsünü yayıb.
Müdafiə Nazirliyinin saytında yer alan videogörüntüdə Ermənsitanın hərbi qulluqçusu deyib: “Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam. 2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm”.
Dağlıq Qarabağda özünü yaxşı hiss etmədiyini deyən A.Qriqoryan bildirib ki, onlarla pis rəftar edildiyinə görə Azərbaycan tərəfinə keçib. O, bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağıraraq deyib: “Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar. Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər. Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm. Azərbaycanda bizə yaxşı baxırlar, paltarımı, geyimimi, yeməyimi verirlər. Burada özümü çox yaxşı hiss edirəm. Mənim Azərbaycan Respublikasına keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirmək istəyirəm”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info