Razi Nurullayev: “Partiya resursları yalnız Əli Kərimliyə xidmət edir”
Tarix: 01.04.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“Günümüzün gəncliyi fərqlidir. Onların hamısını zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edənlər partiyadan uzaqlaşdırılıb. Bu gənclər Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynovdur. Səbəb obyektiv tənqiddir. Amma, onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir”. “Azadinform” xəbər verir ki, bu barədə AXCP sədrinin sabiq müavini Razi Nurullayev deyib.
O düşünür ki, Əli Kərimli də məğlub olacaq: “Çünki, o gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Onlar bir parça çörək üçün, ailəsini dolandırmaq üçün çaba göstərir və bir çoxları ailəsindən çox partiyaya əmək sərf edir. Onların tənqid etmək və fərqli fikir söyləmək hüququ ola bilməzmi?”
R.Nurullayev əlavə edib ki, həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmaz: “Məni günahlandırırlar ki, niyə televiziyalara çıxdın? İstefa etdiyim gün media vasitəsilə Əli Kərimliyə müraciət etdim ki, heç bir televiziyaya çıxmıram və mətbuata danışmıram. Amma, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” mənə efir versin. Amma, vermədilər. O zaman özümü müdafiə etmək və qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə də imtina etməliydim? İndi gəncləri partiyadan çıxarırsınız, onları susdurmaq yolunu tutursunuz. Müxalifət adını ləkələməyin. Buraxın, xalq başına çarə qılacaq. Çəkilin xalqın önündən”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info