Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində beynəlxalq seminar keçirilib
Tarix: 01.04.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Kiçik biznesin inkişafında biznes inkubatorların rolu” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə BMT-nin İnkişaf Proqramının eksperti Pavel Habarta, İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də biznes inkubatorun iştirakçıları iştirak ediblər. Seminarda iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilatı idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, seminarda biznes inkubator iştirakçıları ilə fərdi görüşlər keçirilmiş, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodik vəsaitlər də paylanıb. Seminar 2 gün davam edəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info