İlham Əliyev Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib
Tarix: 01.04.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Amangeldı Jumabayev qeyd etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Amangeldı Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzuladı. AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info