Erməni dairələrinin təxribatçı fəaliyyəti Azərbaycan- Rusiya münasibətlərinə kölgə sala bilməz
Tarix: 01.04.2015 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yaymışdır. Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib etmiş, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı xüsusi bəyanatla çıxış etmişdir:
-Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək tədbirlər, layihələr, əks kampaniya- bir sözlə, birgə fəaliyyət həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın Türkiyə və Azərbaycan əleyhinə illərdir ki həyata keçirdiyi çirkin təbliğat kampaniyası iflasa uğramışdır. Azərbaycan və Türkiyə əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni zamanda ermənilərinin özləri haqqında uydurduqları “məzlum, əzabkeş erməni xalqı” obrazının, “erməni soyqırımı” iddialarının saxtalığı üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırım; və təcavüz barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adıyla çağırmağa başlamışdır. Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını dəstəkləyən çoxsaylı qətnamələr qəbul edilmişdir. Beləliklə, ermənilər qondarma soyqırımın 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımın 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır. Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan – Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər.







 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info